Binəqədi rayonundakı bir evdən pul və qızıl oğurlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 1700 manat, 2900 dollar pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R. Səfərov müəyyən olunaraq saxlanılıb.