Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasından Avropa yalnız qazanar-Elçin Əmirbəyov
Estoniyanın “Err.ee” saytı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyovun "Ermənistan və Azərbaycan sülh müqaviləsini imzalasa, Avropa bundan yalnız qazanar”müsahibəsini dərc edib.
YeniAvropa xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra gündəlikdə duran vəzifələr barədə sualı belə cavablandırıb: “Bu gün biz deyirik ki, bəli, ərazi bütövlüyümüz bərpa olunub, lakin, eyni zamanda, münaqişənin sona çatmasını rəsmiləşdirmək üçün sülh müqaviləsi bağlamaq vaxtı gəlib çatıb. Ola bilsin ki, bu, iki dövlətin dinc yanaşı yaşaması üçün lazımi şərait yaradacaq”.
Böyük Qayıdış Proqramı haqqında danışan E.Əmirbəyov qeyd edib ki, bununla bağlı keçirilmiş sorğuda keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə qayıtmaq istədiklərini bildirib. Üstəlik, belə bir istəyi yalnız oradakı həyatlarını xatırlayanlar deyil, həm də gənc nəsil, yəni, o zaman etnik təmizləməyə məruz qalmış şəxslərin övladları və nəvələri ifadə ediblər.
“Üçtərəfli Bəyanatın imzalanmasından üç ildən çox vaxt keçib. Bu müddət ərzində doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edib. 2026-cı ilin sonuna qədər təxminən 140 min nəfərin həmin torpaqlara köçürülməsi planlaşdırılır. Əlbəttə ki, proses bununla bitməyəcək, o davam edəcək”, - deyə səfir vurğulayıb.
Müsahibədə E.Əmirbəyov sülh prosesinin tərkib hissəsi olan kommunikasiyaların açılması məsələsinə də toxunub. “Danışıqların əsas xətti sülh sazişinin mətninin razılaşdırılmasıdır. Burada kommunikasiyaların bərpası da daxil olmaqla, gələcək sülhün bütün əsas parametrləri göstərilib. Əsas trekdən əlavə, daha iki istiqamət var - kommunikasiyaların açılması, həmçinin Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, daha sonra isə demarkasiyası”, - deyə yazıda vurğulanıb.
Sülh sazişi üzrə danışıqlardan danışan xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib: “Ümid edirik ki, tezliklə danışıqların növbəti raundu keçiriləcək və Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistana təqdim edilmiş sülh sazişinin layihəsinin müzakirəsi bərpa olunacaq”.
Avropa İttifaqının Cənubi Qafqazdakı hazırkı vəziyyətdə, konkret olaraq Azərbaycan ilə Ermənistan arasında sülh prosesində rolunu qiymətləndirən Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aİ ölkələrinə müraciət edərək onları ölkəmizin sülh prosesini və Ermənistanla sülh sazişinin razılaşdırılmasını ən qısa zamanda başa çatdırmaq istəyini dəstəkləməyə çağırıb. Qeyd edilib ki, bu, düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqazda tədricən normal həyatın başlamasına imkan verəcək. O, tərəfləri və bölgədə maraqlı olan tərəfləri bu perspektivə xələl gətirə biləcək hər cür hərəkət və ifadələrdən çəkinməyə çağırıb. “Düşünürəm ki, Ermənistan və Azərbaycan ən yaxın gələcəkdə sülh müqaviləsi imzalasa, Avropa bundan yalnız qazanar”, - deyə Elçin Əmirbəyov vurğulayıb.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov