logo

Seulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

17:53 31-12-2017 | icon 1897
Seulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Azərbaycanın Koreya Respublikasındakı səfirliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. YeniAvropa xəbər verir ki, tədbirdə Koreyanın aparıcı şirkətlərində işləyən, müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr və çalışan müəllimlər iştirak ediblər.

Çıxış edənlər 31 Dekabr tarixinin dünya azərbaycanlılarının həmrəyliyindəki rolundan, ümumi maraqlar naminə xaricdə yaşayan soydaşlarımızın fəaliyyətinin vacibliyindən danışıblar.

Qeyd olunub ki, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Vətənimizin inkişafı üçün öz səylərini, dəstəklərini əsirgəməməlidirlər .

Tədbir ziyafət ilə davam etdirilib.