Yanvarın 3-ü saat 20:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildiriblər ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,4 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 18 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.