Gələn il keçiriləcək seçkilərdə Azərbaycan prezidentliyinə namizədlərin sayı 16-ya çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının dekabrın 30-da keçirilən iclasında bildirilib.
Namizədliyi özü tərəfindən irəli sürülmüş Namizəd Heydər oğlu Səfərovun gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi təsdiqlənib. Beləliklə, namizədlərin sayı 16 nəfər olub.
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın bu gün keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Fazil Mustafa (Böyük Quruluş Partiyası), Elşad Musayev (Böyük Azərbaycan Partiyası), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Razi Nurullayevin (Milli Cəbhə Partiyası) prezidentliyə namizədlikləri təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.