Seçki prosesində bizim rolumuz müşahidə etməkdən ibarətdir və müşahidələrimiz növbəti hesabatlarda dərc olunacaq.
YeniAvropa xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri İoğan Mörfi dekabrın 29-da keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, müşahidə missiyası seçki günündən iki həftə öncə aralıq hesabatı dərc edəcək.
"Seçkilərdən bir gün sonra biz mətbuat konfransı keçirəcəyik. Həmin konfransda ilkin nəticələri deyəcəyik. Seçki prosesinin tamamlanmasından bir neçə müddət sonra isə yekun hesabatı təqdim edəcəyik”, - deyə müşahidə missiyasının rəhbəri qeyd edib.