Baş Prokurorluq adam öldürən şəxsin bəraət almasına aydınlıq gətirib
Bəzi kütləvi informasiya vasitələrində Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən İsmayılov Polad Şəmsəddin oğluna bəraət verilməsinə dair məlumatlar yayılmaqdadır.
Baş Prokurorluğun mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, Zaqatala rayon sakini Əyyubova Seyran Şakir qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar 2011-ci il 24 fevral tarixdə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanmış və cinayət işi üzrə istintaq zamanı əldə edilmiş sübutlar əsasında 2020-ci il 27 fevral tarixdə Polad İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 9 aprel tarixli hökmü ilə Polad İsmayılov həmin maddə ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsinin 2022-ci il 10 fevral tarixli qərarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvəsində saxlanılıb.
Ali Məhkəmənin 2023-cü il 25 aprel tarixli qərarı ilə müdafiə tərəfinin kassasiya şikayəti qismən təmin edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 2023-cü il 28 dekabr tarixli hökmü ilə Polad İsmayılova təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilib.
Müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.
Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılması tövsiyə olunur.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov