Azərbaycanla Ermənistan arasında sülh sazişinə çox yaxınıq.
YeniAvropa xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.
Fərid Şəfiyev əlavə edib ki, sülh sazişi ilə bağlı məsələlər demək olar razılaşdırılıb. Delimitasiya və demarkasiya sülh sazişinə daxil edilməyəcək. Çünki bu, uzun prosesdir.