Ağdam şəhərində məşhur “Çay evi” yenidən inşa olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev məlumat verib.
O bildirib ki, “Çay evi” Ağdam şəhər mərkəzi parkının ərazisində, əvvəlki yerində tikiləcək.