Bakı və İrəvan sülh sazişini yekunlaşdırmağa hazırdır.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
MDB ölkələrinin qeyri-formal sammitində “münaqişə tərəflərinin” – Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməsi ilə bağlı sualı cavablandıran D.Peskov deyib: “Onlar münaqişə tərəfləri deyillər, onlar vahid sənəd üzərində razılığa gəlməyə tam hazır olduqlarını bildirirlər, sülh danışıqlarını vahid sənəd üzərində tamamlamağa, sülh sazişini yekunlaşdırmağa hazır olduqlarını ifadə edirlər. Burada heç bir risk yoxdur”.