logo

MSK daha 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb

16:56 26-12-2023 | icon 1176
MSK daha 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb

Dekabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, MSK-nın iclasında daha səkkiz nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Sarvan Kərimov, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkarimovun, Yunus Oğuzun, Qulamhüseyn Əlibəylinin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl daha 7 nəfərin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizədliyi irəli sürülüb və MSK tərəfindən artıq təsdiqlənib.

Bunlar YAP tərəfindən namizədliyi irəli sürülən hazırkı prezident İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Məhərrəm oğlu Oruc, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülən Fazil Qəzənfər oğlu Mustafa, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Ağası oğlu Əliyev, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülən Elşad Nəbi oğlu Musayev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Müzəffər oğlu Həsənquliyev və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülən Razi Qulaməli oğlu Nurullayevdir.