Tailand şirkətləri Qarabağın bərpasına maraq göstərirlər
Azərbaycanın Malayziyada, eyni zamanda, Tailand Krallığında akkreditə olunmuş səfiri İrfan Davudovun Tailanda işgüzar səfər zamanı keçirilmiş görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı məsələləri müzakirə olunub.
Səfirlikdən YeniAvropa-ya bildirilib ki, səfir İ.Davudov səfər çərçivəsində Tailand Krallığı Milli Assambleyasının sədri, Nümayəndələr Palatasının spikeri Van Muhamad Noor Matha, Tailand Senatının üzvü Suvat Chirapant, Baş nazirin müşaviri və Tailandın ticarət nümayəndəsi xanım Nalinee Taveesin, Xarici İşlər Nazirliyinin daimi katibi Sarun Chareonsuvan, Tailand İnvestisiya Şurasının baş katibi Narit Therdsteerasukdi, Tailand Mina Təmizləmə Mərkəzinin baş direktoru, general-mayor Sorravat Patamakom ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Tailand rəsmilərinə 44 günlük Vətən müharibəsində, həmçinin cari ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz əraziləri üzərində suverenliyini bərqərar etməsi, bunun nəticəsi kimi regionda yaranan yeni reallıqlar, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri, atdığı addımlar barədə məlumat verilib.
Azərbaycanla Tailand arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, ölkəmizin vətəndaşları üçün Tailand vizasının alınması prosedurunun sadələşdirilməsi, qarşılıqlı səfərlərin təşkili, iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, ölkəmizdə, xüsusilə azad edilmiş ərazilərdə investisiya imkanları, burada həyata keçirilən bərpa-quruculuq işlərində Tailand şirkətlərinin iştirakı imkanları, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində Tailand tərəfi ilə texniki əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparılıb.
Səfər zamanı səfir “Wincoast Industrial Park” sənaye zonasını ziyarət edib, zonanın idarəetmə şurasının, eyni zamanda, günəş enerjisi istehsalı sahəsində ixtisaslaşmış “Solar Roof Top Project” şirkətinin rəhbəri Jak Chamikorn ilə də görüş keçirib. Görüşdə ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov