logo

Hövsanda Xəzər dənizinə axıdılan tullantı suları təmizlənərək təkrar istifadə ediləcək-SƏRƏNCAM

11:33 25-12-2023 | icon 1106
Hövsanda Xəzər dənizinə axıdılan tullantı suları təmizlənərək təkrar istifadə ediləcək-SƏRƏNCAM

Prezident İlham Əliyev  dekabrın 25-də “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncam alternativ su mənbələrindən istifadənin genişləndirilməsi, su itkilərinin azaldılması, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, habelə bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədi daşıyır. 

Sərəncama əsasən pilot layihə Abşeron rayonu ərazisində həyata keçiriləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etsin, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya pilot layihənin həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etmək tapşırığı verilib.