logo

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib

14:14 24-12-2023 | icon 2653
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib

Dekabrın 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, general-polkovnik Z.Həsənov dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini ifadə edib. Z.Həsənov bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb.

Müdafiə naziri həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.