logo

İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub

18:18 22-12-2023 | icon 1246
İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub

Prezident İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.