Dünya birjalarında neftin qiyməti müxtəlifistiqamətlərdə dəyişib.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,81 dollar ucuzlaşaraq 79,69 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar bahalaşaraq 78,22 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar artaraq 68,76 dollar olub.