logo

Şəkidə yüksək dağlıq ərazidə baş verən yanğın söndürüldü

15:07 31-12-2017 | icon 2044
Şəkidə yüksək dağlıq ərazidə baş verən yanğın söndürüldü

Şəkinin Kiş kəndində, yüksək dağlıq ərazidə baş vermiş yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova YeniAvropa-ya bildirib ki, dekabrın 29-da Şəki rayonunun Yaylaq ərazisində başlayan yanğın külək səbəbindən Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçib. Onun sözlərinə görə, yanğının söndürülməsi üçün əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: "Onların səyi nəticəsində yanğın dünən söndürülüb. Naməlum səbəblərdən baş vermiş yanğın zamanı 1, 2 hektara yaxın ərazidə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib".

İ. İbrahimova qeyd edib ki, yanğının hansı səbəbdən baş verməsi araşdırılır.