logo

Sinoptiklərdən xəbərdarlıq:  hava şəraiti dəyişəcək

20:11 13-09-2018 | icon 2205
Sinoptiklərdən xəbərdarlıq:  hava şəraiti dəyişəcək

Yaxın bir neçə gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik müşahidə edilməyəcək. Havanın temperaturunun iqlim normasından bir qədər yüksək olması proqnozlaşdırılır. Mülayim cənub-şərq və şərq küləyi əsəcək. Lakin sentyabrın 17-dən başlayaraq respublika ərazisində hava şəraiti dəyişəcək. Havanın hərarətinin bu günlərə nisbətən tədricən 4-6 dərəcə enəcəyi, bəzi bölgələrdə yağış yağacağı, şimal küləyinin güclənəcəyi ehtimal edilir.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva, həmçinin sentyabrın ikinci ongünlüyünün ikinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyini də qeyd edib.