Azərbaycan və İraq XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu təsdiqlənib
Dekabrın 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmana əsasən, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Eyni zamanda, Nazirlik Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərməlidir.