Prezident İlham Əliyev dekabrın 15-də "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Etibar Rəsul oğlu İsmayılova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Şahin Əyyub oğlu Mirzəyevə
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova
daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.