logo

İlham Əliyevin prezident seçkisində iki səlahiyyətli nümayəndəsi olacaq

11:55 15-12-2023 | icon 1358
İlham Əliyevin prezident seçkisində iki səlahiyyətli nümayəndəsi olacaq

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının(YAP) iki səlahiyyətli nümayəndəsi təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə qərar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün keçirilmiş genişləndirilmiş iclasında qəbul olunub.

Onlardan biri Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, digəri isə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, baş nazirin müavini Əli Əhmədovdur.

Qeyd edək ki, YAP İdarə Heyətinin bu gün keçirilmiş genişləndirilmiş iclasında hakim partiyanın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev elan olunub.