İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir.
YeniAvropa xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası(YAP) sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov dekabrın 15-də partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında bəyan edib.
“Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul ediləcək”, - deyə baş nazirin müavini bildirib.
Bu gün Azərbaycanın dünyanın ən hörmətli dövlətlərindən biri olduğunu vurğulayan Əli Əhmədov əlavə edib: “Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarixi nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin fəaliyyəti haqqında saatlarla danışmaq olar. Azərbaycan xalqı bu gün görülən işlərin şahididir. Prezident İlham Əliyev 20 illik fəaliyyəti ilə Azərbaycan xalqının arzu-istəklərini yerinə yetirib”.