logo

AZAL daha 14 şəhərə uçuşlar həyata keçirəcək

15:33 13-09-2018 | icon 2751
AZAL daha 14 şəhərə uçuşlar həyata keçirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL)  Bakıdan daha 14 şəhərə uçuşlar həyata keçirəcək.

YeniAvropa xəbər verir  ki, bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.  Məlumatda qeyd edilib ki, "AZAL" Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə kimi iri şəhərlərə yeni istiqamətlər olaraq  uçuşları yerinə yetirəcək.

Yeni reyslərin açılması nəzərə alınarsa, ehtimal olunur ki,  2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 milyon sərnişindən artıq olcaq.