Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb, xarici valyutada və manatda pul tapılıb.
YeniAvropa xəbər verir ki, bu barədə siyasətçinin qızı Nigar Həzi "Turan"a bildirib.
Onun sözlərinə görə, bu pul onlara aid deyil və evlərinə yerləşdirilib.
N.Həzi qeyd edib ki, evdən o cümlədən anasına aid olan mobil telefonlar və kompyuter da götürülüb.
Onun sözlərinə görə, T.Yaqublu saxlanılıb, ona qarşı hansı ittiham irəli sürüldüyü bəlli deyil: "Mən özüm gəlsəm də, evimə buraxılmamışam və axtarışda iştirak edə bilməmişəm".-
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı "Turan"a təsdiqləyib. O, qeyd edib ki, araşdırma aparılır.