logo

Jurnalist Hafiz Babalı 3 ay müddətinə həbs edilib

19:49 14-12-2023 | icon 1428
Jurnalist Hafiz Babalı 3 ay müddətinə həbs edilib

Bakının Xətai Rayon Məhkəməsi dekabrın 14-də araşdırmaçı jurnalist Hafiz Babalını istintaq dövrü üçün - 3 ay müddətinə həbs edib.  

YeniAvropa xəbər verir ki, bu barədə vəkili Rəsul Cəfərov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, iclasda H.Babalı ona qarşı irəli sürülən qaçaqmalçılıq ittihamlarını təkzib edib, cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirib. Müdafiə tərəfi həbsdən apellyasiya şikayəti verəcək.

Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb. O, Abzas Media-nın jurnalistlərinə qarşı iş üzrə istintaqa cəlb edilib.