Ötən illər ərzində Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 milyard, Türkiyə tərəfindən isə Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.
YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında söyləyib.
Nazir deyib ki, 330-dan çox Türkiyə şirkəti tərəfindən ümumi dəyəri 17 milyard dollara yaxın olan layihələr icra edilib.