Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
YeniAvropa xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyub.
Sonra Şəhidlər xiyabanına gələn Türkiyənin xarici işlər naziri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edən Hakan Fidan abidənin önünə əklil qoyub, gül dəstələri düzüb.