Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
YeniAvropa xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə (86 nəfər) köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 383 ailənin (1475 nəfər) daimi məskunlaşması təmin edilib.