logo

Sabah Bakıda 32°, bölgələrdə isə 37° isti olacaq

12:51 13-09-2018 | icon 2373
Sabah Bakıda 32°, bölgələrdə isə 37° isti olacaq

Azərbaycanda sentyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 27-32° isti olacaq.

Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacağı ehtimal edilir. Çimərliklərdə mülayim cənub küləyi əsəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti olacağı bildirilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 27-32° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti olacaq.

Respublikanın bölgələrində şərq küləyi əsəcək, bəzi yerlərdə gündüz arabir güclənəcək.