Dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.
YeniAvropa xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb.
Bununla da indiyədək Füzuli şəhərində 358 ailənin (1298 nəfərin) daimi məskunlaşması təmin edilib.