logo

Moskva Bakı və İrəvan arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırdır-XİN

18:18 12-12-2023 | icon 1183
Moskva Bakı və İrəvan arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırdır-XİN

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır.

YeniAvropa xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətinə gəlincə, hər zaman dediyimiz kimi, bunları tərəflər özləri müəyyən etməlidir. Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - deyə o,  bildirib.