Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,21 dollar bahalaşaraq 81,50 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar ucuzlaşaraq 79,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar azalaraq 69,90 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti sonuncu dəfə iyunun 30-da 80,53 dollar olub.