Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundunda iştirak etmək məqsədilə dekabrın 10-da Oman Sultanlığında səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, siyasi məsləhətləşmələrdə Oman Sultanlığının nümayəndə heyətinə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini şeyx Xəlifə bin Əli Əl-Harisi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi-ticarət, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə Oman arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ticarət dövriyyəsinin həcminin artırılmasına dair fikir mübadiləsi aparıb və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildiriblər.
Görüş zamanı Azərbaycanla Oman arasında əməkdaşlığın müxtəlif aspektlərini əhatə edən və həllini gözləyən məsələlərlə bağlı işlərin sürətləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi, iki dost ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.
Tərəflər iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.
Oman xarici işlər nazirinin müavini ölkəsinin Körfəz Əməkdaşlıq Şurası çərçivəsində də Azərbaycanla faydalı əməkdaşlıq edəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.
Azərbaycan xarici işlər nazirinin müavini omanlı həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin gedişatı barədə məlumatlandırıb.
Y.Rəfiyev Azərbaycanın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə göstərdiyini və ölkəmizdə yaxın gələcəkdə keçiriləcək qlobal əhəmiyyətli beynəlxalq tədbirlərdə Oman tərəfinin də yüksək səviyyədə iştirak edəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov