Prezident İlham Əliyev dekabrın 10-da Serbiya prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Serbiya baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşılayıblar.