logo

Azərbaycanla sülh münasibətləri Ermənistan üçün ən yaxşı variantdır-Ərdoğan

15:15 08-12-2023 | icon 1456
Azərbaycanla sülh münasibətləri Ermənistan üçün ən yaxşı variantdır-Ərdoğan

Hazırda Fransanın etdiyi, sadəcə, təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, tam əksinə, pislik edir. Daha əvvəl də Fransa Ermənistana çox dəstək verib. Nəticədə nə əldə etdilər? Heç nə. Fransa Minsk üçlüyünə daxil idi. İş bitib, heç bir nəticə əldə edilməyib. Vəziyyət belə olduğu halda, o, Ermənistanı yenidən təxribata çəkir. Zirehli daşıyıcılar göndərsəniz nə olacaq ki? Buradan nəticə əldə edə bilməzsiniz. Çünki artıq öz torpaqlarını işğaldan azad edən Azərbaycan var.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afina səfərindən qayıdarkən mediaya açıqlamasında bildirib.

Qarabağda əldə edilən nəticənin ortada, aşkar olduğunu xatırladan Türkiyə prezidenti daha sonra deyib: “İndi bu hərbi texnikanı göndərməklə nə əldə edəcəksən? Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçdi. Bunlar nəticə almaq üçün deyil, sadəcə, Ermənistanı aldadırlar. Ermənistan hökuməti son təcrübələrindən dərs götürməli və bu təxribatlara aldanmamalıdır. Hazırkı sülh fürsətini dəyərləndirib onu çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın xeyrinə olar. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Onun əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaq”.