Milli Məclisin Mədəniyyət komitəsinin sədri və sədr müavini seçilib.
YeniAvropa xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Milli Məclisin deputatı Fazil Mustafa komitənin sədri, deputat Ülviyyə Həmzəyeva sədr müavini təyin edilib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sabiq sədri Qənirə Paşayeva bu il sentyabrın 23-də qəbul etdiyi dərmanların yan təsirindən komaya düşdərək Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.O, sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada vəfat edib və növbəti gün İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.