Bu ilin yanvar-avqust ayında Azərbaycandan ən çox İtaliyaya məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səkkiz ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 573 milyon 120 min ABŞ dolları, Türkiyəyə 1 milyard 83 milyon 358 min dollar, İsrailə isə 862 milyon 233 min dollar təşkil edib.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya yer alıb. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 791 milyon 328 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 85 milyon 896 min dollar, Rusiya ilə isə 1 milyard 477 milyon dollar olub.