logo

Ermənistan "COP 29"a ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

23:31 07-12-2023 | icon 1106
Ermənistan "COP 29"a ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Ermənistan gələn ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu illik sessiyasına(COP 29) ev sahibliyi etmək üçün Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir.

"Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir", - açıqlamada deyilir.