logo

Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmanı alqışlayıb

22:12 07-12-2023 | icon 3346
Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmanı alqışlayıb

Avropa İttifaqı(Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanın birgə yaydığı bəyanatı alqışlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Şarl Mişel sosial şəbəkə hesabında yazıb.

“Saxlanılanların azad edilməsini və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi "Brüssel prosesi"nin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.

İndi isə liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – deyə Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb.