"Bakcell" korporativ müştərilər üçün “Ailə günü” tədbiri təşkil edib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti özünün korporativ müştərilərinə etibar, sadiqlik və əməkdaşlığa görə minnətdarlığını bildirmək məqsədilə xüsusi “Ailə Günü” tədbiri təşkil edib.
YeniAvropa xəbər verir ki, ötən həftəsonu "Bakcell" 60-dan çox şirkətin nümayəndələrini və onların ailə üzvlərini açıq havada təşkil olunmuş əyləncə və oyunlarda iştirak etmək üçün “Bakcell ailə günü” tədbirinə dəvət edib. Burada korporativ abunəçilər xoş əhval-ruhiyyə və dostluq mühitində ailələri və iş yoldaşları ilə birgə vaxt keçirib, digər şirkətlərin əməkdaşları ilə tanış olub və yeni biznes əlaqələri qurmaq imkanı əldə ediblər.
“Bakcell ailə günü” xüsusilə də uşaqların ürəyincə olub.Çünki "Bakcell" onları əyləncə, maraqlı oyunlar və bol-bol hədiyyəli şən müsabiqələrlə sevindirib. Tədbir həmçinin DJ və ifaçıların performansı ilə müşayiət olunub. Bütün oyun və müsabiqələr xüsusi animatorlar tərəfindən keçirilib.
“Həftə içində günün böyük hissəsini işdə olan insanlar istirahət günlərində öz ailələri və uşaqları ilə mümkün qədər çox vaxt keçirməyə çalışırlar. "Bakcell" bu ənənəyə sadiq qalaraqistirahət günündə öz biznes tərəfdaşlarını və onların ailələrini bir araya gətirdi. Münasibətlərimizi daha da möhkəmləndirmək, "Bakcell" ailəsinin vacib bir hissəsi olduqlarınagörə korporativ abunəçilərimizətəşəkkür etmək üçün bu çox yaxşı bir imkan idi”, -deyə "Bakcell"in baş satış direktoru Zaur Bayramov bildirib.
Qeyd edək ki, "Bakcell" şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. "Bakcell" özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.
Xatırladaq ki, 7000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Bestin Test”).
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb