Cari ilin yanvar-avqust aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 81,47 faizini, təbii qaz 6,81 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,04 faizini təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, keçən ilin müvafiq dövründə xam neft ixracı ölkənin ümumi ixracının 70,41 faizini, təbii qaz 12,83 faizini, neft məhsulları 3,11 faizini təşkil etmişdi.