Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 14 034 ədəd avtomobil gətirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük komitəsindən məlumata verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 372 ədəd və yaxud 2,5 dəfə çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 100-ü ədədi və yaxud 0,7%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 12 525 ədədi və yaxud 89,25%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 332 ədədi və yaxud 9,5%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi və yaxud 0,55%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin ilk 8 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 34 ədəd və yaxud 25,4%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 7 651 ədəd və yaxud 2,57 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 729 ədəd və yaxud 2,2 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 26 ədəd və yaxud 51% artıb.