logo

Sabiq deputat Hüseyn Abdullayevin həbs müddəti uzadıldı

14:47 12-09-2018 | icon 2646
Sabiq deputat Hüseyn Abdullayevin həbs müddəti uzadıldı

Nəsimi rayon məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

YeniAvropa xəbər verir  ki, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (böyük məbləğdə vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqdan gizləndiyi üçün “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilən H.Abdullayev (daha çox “Quska” ləqəbi ilə tanınır) Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.("Report")