Azərbaycanda 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Nazir qeyd edib ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır: “Bu ilin altı ayında Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb. Çexiya Azərbaycana 30 milyon dollar həcmində investisiya yatırıb, ölkəmizin isə Çexiyaya qoyduğu sərmayənin həcmi daha çoxdur”.