Azərbaycan Mərkəzi Seçki Komissiyasının(MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb.
YeniAvropa xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.
Xəbərdə bildirilir ki, Natıq Məmmədov Nazir Kabineti Aparatının rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.
Xatırladaq ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib.