YeniAvropa xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2018-ci il münasibətilə Dənizkənarı Milli Parkda bu axşam möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bu barədə YeniAvropa-ya Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Paytaxt meriyası sakinləri , eləcə də şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dənizkənarı Milli Parka dəvət edir.