Prezident İlham Əliyev sentyabrın 11-də “Sabirabad rayonunun Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, iyirmi iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.