logo

"Şahdəniz-2" layihəsidə daha 4 quyu işə salınıb

13:23 11-09-2018 | icon 2716
"Şahdəniz-2" layihəsidə daha 4 quyu işə salınıb

"Şahdəniz-2" layihəsi çərçivəsində "Bravo" manifoltundan artıq 4 quyu işə salınıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə "BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns məlumat verib. 

Onun sözlərinə görə, bundan əlavə, "Alfa" platformasından da bir neçə quyu işə salınmaq üzrədir. 

"Həmin 4 quyu təzə açıldığı üçün onlardan qaz və kondensatla yanaşı, qum və çınqıl da çıxır. Hasilatın sabitləşməsini gözləmək lazımdır. Ona görə də, təmizlənmə işləri həyata keçirilir. Bu səbəbdən gündəlik hasilatın həcmi bağlı nəsə demək çətindir", - deyə Qari Couns sözlərinə əlavə edib.