Piyada təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində nizamlanan piyada keçidlərinin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi aidiyyəti qurumlara təklif göndərib.
Agentlikdən YeniAvropa-ya bildirilib ki, müsbət rəy əldə edildikdən sonra qeyd edilən ünvanlarda nizamlanan piyada keçidləri təşkil olunacaq.
Hazırda hər iki ünvanda piyadaların pərakəndə şəkildə xaotik hərəkəti müşahidə edilir. Bu da piyadaların təhlükəsizliyini təmin etməyə imkan verməməklə yanaşı, həm də nəqliyyatın axınında ləngimələrə səbəb olur.