Sentyabrın 12-də Bakıda Azərbaycan–Çexiya biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan(AZPROMO)YeniAvropa-ya verilən məlumatda bildirilib ki, foruma Çex Respublikası iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir.